Daha 141 dövlət əmlakı özəlləşdirilir

Daha 141 dövlət əmlakı özəlləşdirilir
27 2017 17:34

Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 18-də daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı yeni hərrac keçirəcək.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, hərraca ümumilikdə 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsi çıxarılıb.

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (www.privatization.az) və "Facebook" səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür.

Aprelin 18-də hərraca çıxarılan əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1554

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayət edir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

43 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə  ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, habelə Şəmkir, Lənkəran, Zaqatala, Tərtər, Balakən və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən "3 saylı avtomobillərə qaz doldurma stansiyası", Lənkəranda yerləşən "2 saylı yanacaqdoldurma məntəqəsi", Şəmkir rayonunda yerləşən "Çinar soyuducular zavodunun Şəmkir filialı" kimi iri müəssisələr var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Balakəndə yerləşən "Əmlak kompleksi"nə aiddir. 1 milyon 17 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 11266,4 kv.m., torpaq sahəsi isə 37602 kv.m.-dir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 26-sı paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Nəsimi rayonunda yerləşir. Belə ki, bu əmlak 110 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Budəfəki hərracda 25 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Tikinti Quraşdırma”, “Beyləqan Sənaye Kombinatı”, “Yevlax Tikinti”, “Salyan Aqrotexservis”, “Salyan Broyler”, “İsmayıllı Sənaye İstehsal” kimi səhmdar cəmiyyətlər var. Özəlləşdirmə portalına daxil olmaqla ( privatization.az) səhmdar cəmiyyətlərin nizamnamə kapitalının həcmi, buraxılmış səhmlərin ümumi sayı, satışa çıxarılan səhmlərin nominal dəyəri barədə geniş informasiya əldə etmək olar.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.


16 Apr 2021
İqtisadiyyat

Neft sənayesində yeni dövrün çağırışları: Mütəxəssislər yeni səriştələrə yiyələnməlidir

Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub. 

16 Apr 2021
İqtisadiyyat

SOCAR-ın xaricə satdığı neft və qaz həcmləri məlum oldu

2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 4,5 milyon ton xam neft ixrac edilib.

16 Apr 2021
İqtisadiyyat

SOCAR neft məhsulları ixracını kəskin artırıb

2021-ci ilin I rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub.

16 Apr 2021
İqtisadiyyat

Ölkədə inflyasiya səviyyəsi artıb

2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 103,9 faiz təşkil edib.

16 Apr 2021
İqtisadiyyat

Azərbaycanda maaşların həcmi açıqlanıb

2021-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 692,3 manat olub.