Dağıstanın Tsumadin rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: “Antiterror əməliyyatı rejimi Tsumadin rayonunun Kvanada və Qimerso yaşayış məntəqələrində yerli vaxtla saat 04:00-dan etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Baku TV-yə müsahibə verib.
ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani hökumətin son 100 gündə hədəflərinin koronavirusu diz çökdürmək və embarqoları qırmaq olduğunu deyib.