DYP: Bakıda taksilərin avtobus dayanacaqlarını zəbt etməsi ciddi narahatlıq doğurur

DYP: Bakıda taksilərin avtobus dayanacaqlarını zəbt etməsi ciddi narahatlıq doğurur
24 2017 10:32

Bakıda taksilərin avtobus dayanacaqlarını zəbt etməsi ciddi narahatlıq doğurur. Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yol polisi bununla bağlı mütəmadi tədbirlər həyata keçirir və qanunların tələblərinin yerinə yetirilməsinə nəzarət mütəmadi olaraq gücləndirilir. Onun sözlərinə görə, yol polisi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ilin göstəricilərində bu istiqamətdə müsbət dinamika müşahidə edilir:

“2016-cı ilin göstəricilərinə nəzər yetirdikdə görünür ki, dayanma-durma ilə bağlı göstəricilərdə müsbətə doğru dinamika müşahidə edilir. Bu göstəricilərin əldə edilməsi yol polisinin mütəmadi həyata keçirdiyi tədbirlərlə əlaqədardır. Bu fəaliyyətin nəticəsində yol qəzalarının, o cümlədən, ölüm və xəsarət faktlarının sayı azalıb. Yol polisinin məqsədli şəkildə həyata keçirdiyi tədbirlərlə yanaşı, təbliğat işlərinin də doğru aparılması bu göstəriciləri əldə etməyə imkan verir”.

Bölmə rəisi qeyd edib ki, Milli Məclisin payız sessiyasında taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması ilə bağlı cərimə sanksiyalarının tətbiq edilməsi nizam-intizamı daha da artıracaq:

“Bu düzəliş zamanın tələbinə uyğundur və hesab edirəm ki, nizam-intizamın təmin edilməsində müstəsna rolu olacaq".

Bölmə rəisi vurğulayıb ki, yol polisi bu istiqamətdə mütəmadi xidməti həyata keçirir:

“Bakı şəhər üzrə dayanma-durma, parklanma vacib məsələdir və bu sahə üzrə xeyli təbliğat aparılmalıdır. Lakin yalnız yol polisinin tədbirlər həyata keçirməsi kifayət etmir. Hər kəs “Yol hərəkəti haqqında” qanunu öyrənməli, tələbləri yerinə yetirməyi bacarmalı və ən azından öz təhlükəsizliyini təmin etmək vərdişinə yiyənlənməlidir”.


12 Fev 2025
Cəmiyyət

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardımın növbəti hissəsi yola salınıb.

12 Fev 2025
Cəmiyyət

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

12 Fev 2025
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

12 Fev 2025
Cəmiyyət

Qızılın qiyməti yeni rekord vurdu

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində aprel fyuçersləri üzrə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək 1 troy unsiyası üçün 2 950 dollar həddini keçib.

12 Fev 2025
Cəmiyyət

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun fevralın 14-də Xaçmaz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.