DST oturaq həyat tərzinə qarşı mübarizə aparmağı təklif edir

DST oturaq həyat tərzinə qarşı mübarizə aparmağı təklif edir
02 2017 13:16

Dünyada yeniyetmələrin 80 faizindən çoxu və böyüklərin təxminən dörddəbiri kifayət qədər aktiv həyat tərzi sürmür ki, bu da piylənmə və digər ciddi xəstəliklərə səbəb ola bilər. Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri bu barədə xəbərdarlıq edirlər.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, həkimlər dünyanın bütün ölkələrini və icmalarını əhalinin oturaq həyat tərzinə qarşı mübarizə aparmağa və insanların fiziki fəallığı üçün daha çox imkan yaratmağa çağırırlar.

Ekspertlər xatırladıblar ki, müntəzəm fiziki yüklənmə ürəyin işemik xəstəliyi və insultun, diabetin, qan təzyiqi yüksəkliyinin, xərçəngin müxtəlif növlərinin, o cümlədən yoğun bağırsaq və süd vəzi xərçənginin yaranma riskini azaldır, habelə depressiyadan xilas edir.

DST-də bütün yaş qruplarından olan adamların sağlamlığı məqsədilə fəallıq səviyyəsinin artırılmasına dair tövsiyələr təqdim edilib. Təşkilatın nümayəndələri vurğulayıblar ki, hətta məhdud fiziki fəallıq da oturaq həyat tərzindən yaxşıdır. DST-nin press-relizində yazılıb: “Passiv həyat tərzi sürən adamlar sadə fiziki hərəkətlərdən başlamalı, bu hərəkətləri gündəlik həyatına daxil etməli, tədricən onların müddətini və intensivliyini artırmalıdırlar”


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.