DİQQƏT: Bu xəstəlik uşaqlar arasında geniş yayılıb - ƏLAMƏTLƏRİ

DİQQƏT: Bu xəstəlik uşaqlar arasında geniş yayılıb - ƏLAMƏTLƏRİ
03 Dek 2016 12:21

Bu yaxınlarda respublikanın baş pediatrı Nəsib Quliyev bildirmişdi ki, cari ildə keçirilmiş icbari dispanzerizasiya zamanı uşaqlar arasında helmintozun (qurd xəstəliyi) geniş yayıldığı müşahidə olunub. Bəs helmintoz nədir? Əlamətləri və fəsadları hansılardır? Pediatr Vaqif Qarayev  xəstəlik haqda geniş məlumat verib.

Helmint - soxulcan, kürdçü və ya lent formasında parazit qrupu, bağırsaq parazitidir. Helmintozis isə helmint qrupunda olan soxulcanların səbəb olduğu infeksiyadır.

V. Qarayevin sözlərinə görə, helmint parazitləri əsasən bağırsaq, ağciyərlər, qaraciyər, od kisəsi və öd yollarında, beyində "məskən" salırlar.

Helmintoz xəstəliyi müxtəlif qruplara bölünür. Bir qrup helmint kontakt (birbaşa təmas) yolu ilə yoluxdurur, digər qrupun yumurtaları çirklənmiş torpaqda, suda inkişaf edir, sonra insanı yoluxdurur. Üçüncü qrup helmintlərin isə ara sahibi (müxtəlif heyvanlar) olur və insanı ara sahibi yoluxdurur: “Helmintlər müxtəlif olsa da, bir çox əlamətləri ümumidir. Bu əlamətlər sırasına halsızlıq, yorğunluq, diqqətsizlik, əzələ və oynaq ağrıları, ürəkbulanma, qusma, dəridə müxtəlif səpkilər, anal qaşınma, yuxuda dişlərin bir-birinə sürtülməsi, ağızdan su gəlmə, qarında ağrılar, qəbizlik və ya ishal, əllərdə dərinin soyulması, sifətin şişkinliyi, tutmaşəkilli öskürək, hərarətin yüksəlməsi və s. daxildir”.

Pediatr qeyd edib ki, xəstəlik vaxtında müalicə olunmasa, hepatit, miokardit, meninqoensefalit kimi ciddi fəsadlar yarada bilər. Müalicəsi ilə pediatrlar və parazitoloqlar məşğul olur.

V. Qarayev uşaqları bu xəstəlikdən qorumaq üçün valideynlərə tövsiyələrini də verib: “Gigiyenik qaydalara daim və ciddi əməl edilməlidir. Uşağın əlləri çirkli olmamalıdır. Uşaqlar üçün meyvə-tərəvəz axar su altında dəfələrlə yuyulmalıdır. Dırnaqlar mütəmadi tutulmalı, alt paltarı və yataq dəsti qaynadılmalıdır. Uşağın alt paltarı hər axşam-səhər isti ütü ilə ütülənib geyindirilsə, yaxşı olar. Uşaq tək yatmalıdır. Torpaqla təmas kəsilməlidir. Bundan başqa, helmintlə xəstə uşaq kollektivdən izolə olunmalıdır. İctimai yerlərdə müxtəlif predmetlərlə təmas maksimum məhdudlaşdırılmalıdır. Uşaqlarda helminitin yuxarıda sadalanan əlamətləri müşahidə olunarsa, dərhal həkimə müraciət etməlisiniz. Xəstəliyin müalicəsi əksər hallarda bir neçə kurs çərçivəsində aparılır, ona görə uşaq sona qədər müalicə olunmalıdır”.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.