DİN mitinq ilə bağlı xəbərdarlıq etdi

DİN mitinq ilə bağlı xəbərdarlıq etdi
07 2017 12:30

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 8-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

Oxu.Az xəbər verir ki, İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribata imkan verilməyəcək: 

“Biz mitinqin təşkilatçılarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”. 

Qeyd edək ki, Milli Şura aprelin 9-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti isə mitinqin aprelin 8-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsini tövsiyə edib.

Milli Şura tövsiyəni nəzərə alaraq mitinqin aprelin 8-də keçirilməsinə qərar verib.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.