DİM test tapşırıqları qanunsuz yayan şəxslə bağlı açıqlama yayıb

DİM test tapşırıqları qanunsuz yayan şəxslə bağlı açıqlama yayıb
04 2017 15:00

Dövlət İmtahan Mərkəzini test tapşırıqları qanunsuz yayan şəxslə bağlı açıqlama yayıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, TQDK tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən “Abituriyent” jurnalının redaksiyasına məxsus müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və jurnalların ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır: “Çox təəssüf ki, TQDK tərəfindən ayrı-ayrı illərdə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Rezidentura” jurnalında nəşr olunmuş test tapşırığı nümunələri, TQDK-nın keçirdiyi rezidentura üzrə onlayn sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, həmçinin Azərbaycan Tibb Universitetinin “Patoloji anatomiya” kafedrasının müdiri Həsənov Ədalət Bəybala oğlunun müəllifi olduğu müxtəlif test tapşırıqları qanunsuz olaraq Azər Arif oğlu Gülməmmədov tərəfindən “Patoloji anatomiya” adlı kitab kimi nəşr edilmiş və satışı təşkil olunmuşdur. Bununla da onların müəllif hüquqlarının pozulmasına səbəb olmuşdur”.

Mərkəzdən bildirilib ki, qeyd olunanlarla əlaqədar “Abituriyent” jurnalı redaksiyasının, eləcə də Ədalət Həsənovun Gülməmmədov Azər Arif oğluna qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi, pirat nüsxələrin satışdan yığışdırılaraq məhv edilməsi və satışının qadağan edilməsinə dair” iddia ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmışdır. Lakin cavabdeh məhkəmənin qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, iş üzrə 1-ci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini tələb etmişdir. 29 dekabr 2016-ci il tarixli 2(103)-9766/2016 saylı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır: “Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh Gülməmmədov Azər Arif oğlu tərəfindən çap edilmiş “Patoloji anatomiya” adlı kitabın pirat nüsxələr hesab edilməklə satışdan çıxarılaraq məhv edilməsi və həmin materialların yerləşdirildiyi Facebook səhifəsinin bağlanılması, cavabdeh Gülməmmədov Azər Arif oğluna “Patoloji anatomiya” adlı kitabın satışının qadağan edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçılara dəymiş zərərin ödənilməsi əvəzinə, pozuntuya yol verən şəxsdən, yəni Gülməmmədov Azər Arif oğlundan tutulmalı olan kompensasiyanın hər bir iddiaçı üçün ayrılıqda 3.000 manat, ümumi olaraq 6.000 manat məbləğində təmin edilməsini qanuni və ədalətli hesab etmişdir”.

Xatırladaq ki, 14 iyul 2016-cı il tarixində Zərdab Rayon Məhkəməsi də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddiasını təmin etmişdir və bununla bağlı 2(035)-570/2016 saylı qətnamə qəbul etmişdir. Belə ki, ötən il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılmışdır. Cavabdeh, həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol vermişdir.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.