DİM-in imtahanlarının qrafiki abituriyentlərin narazılığına səbəb oldu

DİM-in imtahanlarının qrafiki abituriyentlərin narazılığına səbəb oldu
17 2017 14:36

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı 2017-ci ildə keçiriləcək imtahanların qrafiki abituriyentlərin narazılığına səbəb olub.

REALPRESS.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, narazılıqların əsas səbəbi sınaq imtahanlarının ali təhsil müəssisələrinə birinci qəbul imtahanından sonra keçirilməsidir. 

Belə ki, hər il DİM (əvvəlki adı TQDK - red.) tərəfindən qəbul imtahanına hazırlıq üçün keçirilən sınaq imtahanları bu dəfə ali təhsil müəssisələrinə birinci qəbul imtahanından sonra baş tutacaq:

Təhsil üzrə ekspert Kamran Əsədov da imtahan qrafikində uyğunsuzluq olduğunu bildirib: 

“Bildiyiniz kimi, hər il DİM ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin imtahanlara daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə sınaq imtahanı keçirir. Lakin bu il keçriləcək sınaq imtahanları (27.05.17; 11.06.17) birinci keçiriləcək qəbul imtahanından sonraya düşür (aprel-may). Belə çıxır ki, toydan sonra nağara? Abituriyent ilk növbədə sınaq imtahanında özünü yoxlamalıdır, sonra qəbul imtahanında iştirak etməlidir”.

Ekspert onu da qeyd edib ki, daha bir uyğunsuzluq rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında nəzərə çarpır. Belə ki, Azərbaycan dili üzrə keçiriləcək imtahan tarixi ikinci imtahan tarixi (11.06.17) üst-üstə düşür.


4 Okt 2023
Cəmiyyət

Meyitinin qalıqları 31 il sonra Daşaltıda tapılan şəhidlə vida mərasimi keçirilir - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi keçirilir.

4 Okt 2023
Cəmiyyət

4 Oktyabr - Ümumdünya Heyvanların Mühafizəsi Günüdür

Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. 

4 Okt 2023
Cəmiyyət

Anar Nəcəfli: "Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 %-i tamamlanıb"

Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 %-i tamamlanıb.

4 Okt 2023
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Oktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də, Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

4 Okt 2023
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.