Futbol üzrə dünya çempionatının final mərhələsində iştirakçı komanda sayının 32-dən 48-dək artırılması FİFA-ya əlavə 640 milyon dollar qazandıracaq.
"Report" xəbər verir ki, bu barədə AFP agentliyi əldə etdiyi məxfi hesabata istinadən məlumat yayıb.
Bundan əvvəl məlum olub ki, FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatından başlayaraq turnirdə 16 qrupa bölünən 48 komandanın iştirak edəcəyinə dair sxem tətbiq etməyi planlaşdırır.
Agentliyin məlumatına görə, formatın dəyişdirilməsi barədə qərar qəbul olunarsa, o zaman təşkilatın xalis gəlirləri 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının yekunu üzrə proqnozlaşdırdığı 3,54 mln. dollara nisbətdə 4,18 mln. dollar təşkil edəcək.
Eyni zamanda qeyd olunur ki, komanda və oyunların sayının artırılması sayəsində gəlirlərin artması ilə yanaşı xərclər də çoxalacaq (325 mln. dollar).
İnfantino yeni təklifini FİFA Şurasının 9-10 yanvar tarixlərində Sürixdə keçiriləcək iclasları zamanı təqdim etməlidir.
“Formula-1” rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.
30 noyabr - 3 dekabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 31-ci respublika çempionatı keçirilib.
Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.
Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü beş medalla başa vurublar.
Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.