FİFA 2018-ci il futbol üzrə Dünya çempionatının keçirilməsi üçün 1,948 milyard dollar investisiya qoymağı planlaşdırır.
REALPRESS.Az report-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında dərc olunmuş maliyyə hesabatında bildirilib.
Vəsaitin ən böyük hissəsi - 627 milyon dolları (32 %) oyunların təşkilinə sərf ediləcək. Turnirin mükafat fondu isə 400 milyon dollar (22 %) təşkil edəcək. Teleyayım məsələlərinə 241 milyon (12 %), futbolçuları mundialda çıxış edəcək klublara 209 milyon (11 %), digər xərclər üçün isə 211 milyon dollar (11 %) vəsait ayrılacaq.
Qeyd edək ki, 2018-ci il Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.
ABŞ-da yaşayan 11 yaşlı azərbaycanlı bədii gimnast Məryəm Mustafayeva Nevada ştatındakı yarışda qızıl medal qazanıb.
Bu gün Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında daha iki qadın güləşçimiz mübarizəyə qoşulacaq.
Azərbaycan gimnastı İsveçrənin Bazel şəhərində bu gün start götürən idman gimnastikası üzrə Avropa çempionatının dayaqlı tullanma hərəkətində finala vəsiqə qazanıb.