Çinin Sıçuan vilayətində 172 min sakin böyük pandalar üçün salınacaq yeni parka görə başqa əraziyə köçürüləcək.
Yerli KİV-lər məlumat verir ki, hökumət parkın salınması ilə bağlı təşəbbüsü dəstəkləyib. Parkın sahəsi Sıçuan ilə yanaşı, qonşu Qansu və Şensi vilayətlərinin ərazilərini də əhatə edəcək.
Çin 2025-ci ilədək vəhşi təbiətdə yaşayan pandaların sayını 18 faiz artırmağı planlaşdırır. Hazırda Çində vəhşi təbiətdə 1864 panda yaşayır, 471 panda isə xüsusi mərkəzlərində saxlanılır.
Vətəni Çinin mərkəzi hissəsi sayılan pandaların nəsli kəsilmək üzrədir. Bu səbəbdən də dövlət tərəfindən onların qorunması ciddi nəzarət altındadır.
Çinin şimal-qərbində baş verən daşqınlar nəticəsində azı dörd nəfər ölüb, 27 nəfər itkin düşüb.
İsveç hökuməti Türkiyə və Finlandiyanı üç dövlət arasında sazişə əməl olunmasına nəzarət etmək üçün (İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıqla bağlı - red) birgə mexanizmin yaradılması üzrə yüksək səviyyəli görüşə dəvət edib.
“Finala çıxanda emosiyalar çox idi, həyəcan vardı. Əlbəttə, meydana çıxdıqdan sonra həyəcan geridə qaldı və başa düşdük ki, biz rəqibdən güclüyük”.