Çində yükdaşıma şirkətləri poçt xidməti göstərən pilotsuz uçuş aparatları (dron-kuryer) üçün 150 aeroport inşa edəcək. Bundan başqa, Şensi vilayətində yükü 300 kilometr məsafəyədək daşıyacaq dronlar üçün aviabaza da tikiləcək.
Cari ilin fevralında Çinin internet üzərindən ticarət edən “JD.com” şirkəti elan etmişdi ki, dünyada ilk dəfə dron-kuryerlər üçün logistika şəbəkəsini istifadəyə verəcək. Şirkətin mütəxəssisləri hesab edirlər ki, dron-kuryerlərdən istifadə sifarişlərin çatdırılması üçün nəqliyyat xərclərini 70 faiz azaltmağa imkan verəcək. Bundan başqa, sifarişlərin sutka ərzində Çin daxilində istənilən məntəqəyə çatdırılmasına imkan verəcək.
Çin KİV-ləri yazır ki, dron-kuryer istehsalçıları hazırda istifadədə olan uçuş aparatlarının 50 kiloqramadək yükü daşımaq gücündə olduğunu bəyan edirlər. Gələcəkdə yarım ton ağırlığında yükü daşıyacaq dronların istehsalı planlaşdırılır. Artıq may ayından “JD.com” şirkəti 7 istiqamət üzrə dron-kuryerlər vasitəsilə yüklərin çatdırılmasına başlayacaq.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Baku TV-yə müsahibə verib.
ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani hökumətin son 100 gündə hədəflərinin koronavirusu diz çökdürmək və embarqoları qırmaq olduğunu deyib.