Çində Yaz festivalı qeyd edilir

Çində Yaz festivalı qeyd edilir
28 2017 12:26

Şərq ölkələrinin ay təqvimi ilə yanvarın 28-i yeni ilin ilk günüdür. Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də Yaz festivalı adlanır.

Şərq təqviminə uyğun olaraq bu il xoruz ilidir. Xoruz zəhmətkeşlik rəmzi sayıldığı üçün çinlilər bu ilin müsbət hadisələrlə yadda qalacağına inanırlar.

Çinlilərin ən əziz bayramı olan Yaz festivalı bir çox ənənələri və ritualları ilə də zəngindir. İnsanlar yeni ilə bir neçə gün əvvəldən tədarük görür, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fanarlarla bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.

Yaz festivalı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə, bayram süfrəsində boş yer olmamalıdır. Çinlilərin sadiq qaldığı bir neçə adət var. Bayram günləri qonaq getmək, böyüklərə baş çəkmək olduqca vacibdir. Festival günlərində müxtəlif mərasimlər, şənliklər təşkil olunur.

Qeyd edək ki, Yaz festivalı ilə əlaqədar ölkədə 1 həftə qeyri-iş günləri hesab olunur. Özəl sektorda qeyri-iş günləri 20-30 gün davam edir. Çinlilərin böyük hissəsi bu fürsətdən istifadə edərək ölkə daxilində və xaricə gəzməyə gedirlər. Elə bu səbəbdəndir ki, festival ərəfəsində və bayram günlərində nəqliyyatda böyük sıxlıq müşahidə olunur.


24 Apr 2025
Dünya

Fransada liseydə insident baş verib, ölən və yaralananlar var

Fransanın qərbində Nant şəhərindəki liseydə həmyaşıdı tərəfindən bıçaqla hücuma məruz qalan bir şagird həlak olub.

24 Apr 2025
Dünya

Peskov: Londonda Ukrayna ilə bağlı məsləhətləşmələr fikir ayrılıqlarını üzə çıxarıb

Londonda Ukrayna nizamlanması ilə bağlı məsləhətləşmələr iştirakçılar arasında fikir ayrılıqlarını üzə çıxarıb.

24 Apr 2025
Dünya

Astanada keçirilən Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasının plenar iclası başa çatıb

Astanada Qazaxıstan Xalqları Assambleyasının (QXA) XXXIV sessiyasının plenar iclası başa çatıb.

24 Apr 2025
Dünya

İstanbulda ümumilikdə 266 afterşok qeydə alınıb

İstanbulda dünən saat 12:49-da Mərmərə dənizində Silivri yaxınlığında baş verən 6,2 maqnitudalı zəlzələdən sonra aprelin 24-ə səhərə qədər 266 afterşok qeydə alınıb.

24 Apr 2025
Dünya

Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98 %-ni əhatə etmək gücündədir"

Azərbaycanda aqrar sığorta sistemi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmış əkin sahələrinin 98 %-ni əhatə etmək gücündədir.