Çində "Pokemon Go" oyununa qadağa qoyulub.
REALPRESS.Az lent.az-a istinadən xəbər verir ki, populyar "Pokemon Go" mobil oyunu dəfələrlə yol-nəqliyyat hadisəsinə və insan ölümünə səbəb olub.
Məlum olub ki, Çin Xalq Respublikası hökuməti ölkədə "Pokemon Go" oyununa qadağa qoyulması ilə bağlı qərar qəbul edib. Onlar bu oyunu vətəndaşların həyat və sağlamlığı, həmçinin Çinin milli təhlükəsizliyi üçün potensial təhlükə hesab edib. Əlavə reallıq texnologiyasından istifadə edən digər oyunlara da qadağa tətbiq olunub.
"Pokemon Go" oyununun tərtibatçısı olan "Niantic" şirkətinin nümayəndələri hələlik vəziyyətə aydınlıq gətirməyiblər.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.