Çin korporativ borcun restrukturizasiyası üçün vergi güzəştləri təklif edir

Çin korporativ borcun restrukturizasiyası üçün vergi güzəştləri təklif edir
07 2017 11:55

Çinin Maliyyə Nazirliyi korporativ borcların azaldılması məqsədilə onların restrukturizasiyasını aparan şirkətlərə veriləcək vergi güzəştləri sistemini təqdim edib.

Bu siyasət müəssisələrə öz itkilərini azaltmağa kömək etməyə, eləcə də korporativ borc vəsaitləri üçün əlverişli şərait yaratmağa xidmət edir.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, Dövlət Şurasının qərarına əsasən, müflisləşmə, birləşmə, udulma və ya ləğv prosesindən keçən şirkətlər vergiləri ödəməyi təxirə sala və ya 5 il müddətində hissələrlə ödəyə bilərlər.

Bundan əlavə, ƏDV əsas vəsaitlərin və torpaq üzərində hüquqların ötürülməsinə tətbiq edilməyəcək. Vergi güzəştləri yalnız müvəqqəti çətinlikləri olan şirkətlərə aid ediləcək, maliyyə ilə bağlı davamlı problemləri olan və sabit gəlir əldə etməyən “zombi şirkətlərə” isə bunun heç bir aidiyyəti olmayacaq.


18 Mar 2025
Dünya

Qəzza zolağında gərginlik: Ölənlərin sayı 400 nəfəri keçdi, 500-dən çox yaralı var

İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 404-ə yüksəlib.

18 Mar 2025
Dünya

Hondurasda təyyarə qəzası: Ölənlərin sayı artdı

Hondurasda sərnişin təyyarəsinin dənizə düşməsi nəticəsində azı 12 nəfər həlak olub.

18 Mar 2025
Dünya

Qızılın qiyməti yeni tarixi maksimuma çatdı

Qızılın qiyməti Yaxın Şərqdəki gərginlik və ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıqlar fonunda yeni rekord həddə yüksəlib.

18 Mar 2025
Dünya

İndoneziyada güclü zəlzələ olub

İndoneziya sahillərində güclü zəlzələ baş verib.

18 Mar 2025
Dünya

İsrail Qəzzanı bombardman etdi: Ölənlərin sayı 300 nəfəri keçdi

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 308 nəfərə çatıb.