Çin bütün dünyanı internetlə təmin etməyi planlaşdırır

Çin bütün dünyanı internetlə təmin etməyi planlaşdırır
08 2017 18:00

“Sinxua” xəbər agentliyinin məlumatına görə, Çinin Kosmik Elm və Sənaye Assosiasiyası planetin bütün əhalisini genişzolaqlı internetə çıxışla təmin etməyi planlaşdırır. Bunun üçün Yer kürəsinin orbitinə buraxılacaq 156 kiçikölçülü peyk planeti şəbəkə ilə əhatə edəcək və belə iddialı tapşırığın öhdəsindən gələcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, bu layihəni universal peyk platformasının köməyi ilə reallaşdırmaq planlaşdırılır.

“Bu universal peyk platformasını avtomobilin mühərrik hissəsi ilə müqayisə etmək olar. Belə mühərrik hissəsinə malik olmaqla həm hərbi maşın, həm sərnişin avtomobili və ya taksi düzəltmək olar" – Çinin Kosmik Elm və Sənaye Assosiasiyasının məsul nümayəndəsi Bey Çao deyib.

Plan üç mərhələdə reallaşdırılacaq: birinci mərhələ 2018-ci ildə nəzərdə tutulub və bir nümunə peykin buraxılışı nəzərdə tutulur. İkinci mərhələdə eyni anda buraxılacaq dörd peyk kiçik şəbəkə şəklində birləşdiriləcək və bundan sonra onların birgə işi sınaqdan keçiriləcək. 2020-ci ilədək 156 peykin hamısını orbitə çıxarmaq planlaşdırılır.

12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.