Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir

Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir
23 2017 09:05

Çin Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb. APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumat görə, bu barədə Çin XİN-in rəsmisi Xua Çunyin deyib:

“Bizim mövqeyimiz ardıcıl və aydındır. Biz istənilən ölkə tərəfindən daxili qanunvericiliyə əsasən qəbul edilən birtərəfli sanksiyaların tətbiqinin əleyhinəyik”.

Qeyd edək ki, bir müddət əvvəl KXDR-i qlobal maliyyə sistemindən təcrid etmək üçün Donald Tramp administrasiyanın bu ölkəyə qarşı yeni sanksiyaları nəzərdən keçirdiyi barədə məlumat yayılıb. Bu sanksiyaların xüsusi ilə KXDR-da fəaliyyət göstərən Çin banklarına qarşı iqtisadi və diplomatik təzyiqin bir hissəsi olacağı və ABŞ, Yaponiya və Cənubi Koreyanın mövqelərinin gücləndirilməsinə yönəldiyi bildirilib. Bununla bağlı təkliflər paketinin apreldə D.Tpampla Çin lideri Si Dzinpin ilə keçiriləcək görüş ərəfəsində ABŞ prezidentinə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu ay ərzində KXDR dörd raketin buraxılışını həyata keçirib. Onlardan biri Yaponiya sahillərindən 200 km məsafədə suya düşüb. 


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.