Ceyrançöldə əkin dövriyyəsinə daxil edilmiş sahələrin suvarılması üçün Kür çayından su xəttinin çəkilməsi və süni gölün yaradılması işi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, göl Şəmkir bələdiyyəsinin nəzdində yaradılmış “Ceyrançöl” MMC tərəfindən əkin dövriyyəsi üçün nəzərdə tutulmuş 8000 hektar torpaq sahəsindən səmərəli istifadə etmək məqsədilə yaradılıb.
Artıq 2000 hektar ərazinin suvarılması üçün 200 min kub su tutumu olan süni göl istifadəyə verilib.
Gələcəkdə isə daha 500 min kub su tutumuna malik daha bir süni gölün yaradılması planlaşdırılır.
Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.
Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.
“Böyük hünərlərlə zəngin olan illərin sırasında bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb”.