Çexiya şirkətləri tikinti, əczaçılıq sahəsində, eləcə də maliyyə sektorunda, Azərbaycan tərəfinə əməkdaşlıq üzrə yeni layihələr təklif etmək niyyətindədir. Bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev deyib.
Bu sahələrdə əməkdaşlığın perspektivləri, həmçinin ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi bütövlükdə yanvarın 17-18-də Bakıda keçiriləcək Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası zamanı müzakirə olunacaq.
İclas Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin Bakıya səfəri çərçivəsində keçiriləcək. Nümayəndə heyətinin tərkibinə Çexiyanın bir sıra nazirlik və idarələrin, həmçinin iri şirkətlərinin nümayəndələri daxildir.
Çexiyanın ticarət və sənaye naziri ölkə hökumətində və parlamentində də bir sıra görüşlər keçirməyi planlaşdırır.
İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək hökumətlərarası komissiyanın iclasına həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forum daxildir.
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.