Çətin həyat şəraitində yaşayan şəxslərə pulsuz hüquqi yardım xidməti göstəriləcək

Çətin həyat şəraitində yaşayan şəxslərə pulsuz hüquqi yardım xidməti göstəriləcək
05 2017 12:30

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsaitlə ilə “Əhalinin həssas təbəqələrinin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi əhalinin həssas təbəqələrinə, eləcə də işsiz gənclərin, aztəminatlı ailələrin, cəzaçəkmə yerlərindən azad olunmuş şəxslərin, təhsildən kənarda qalmış qadınların, ahılların, iş tapmaqda çətinlik çəkənlərin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir.

Layihə çərçivəsində sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi, sosial qanunvericiliyin CD formatında hazırlanması və əhalinin həssas təbəqələrinə paylanması, Bakıda və regionlarda təlimlərin və ictimai müzakirələrin təşkili nəzərdə tutulur. Həmçinin Bakıda və regionlarda pulsuz hüquqi xidmətlərin göstərilməsi, sosial qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələrin Milli Məclisə və sosial müdafiə orqanlarına təqdim olunması işləri də planlaşdırılır.

Sosial məsələlər üzrə hüquq klinikasına əhalinin həssas təbəqələri mayın 1-dən etibarən müraciət edə bilərlər.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.