Cənub bölgəsində Ulu Öndərin xatirəsi dərin ehtiramla anılıb

Cənub bölgəsində Ulu Öndərin xatirəsi dərin ehtiramla anılıb
12 Dek 2016 14:32

Azərbaycan xalqının ümummilli lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il keçsə də, onun ideyaları və əməlləri daim yaşayır. Heydər Əliyev həyatını doğma xalqının azdlığına, müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaldıb, xalqın Ümummilli Liderinə çevrilib.

AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Astara rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda tədbirlər, anım mərasimləri keçirilib.

Astara Pedaqoji Kollecində və rayonun bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatı Ulu Öndərin anım gününə həsr olunub.

Dekabrın 12-də rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək, Ulu Öndərin abidəsini ziyarət ediblər.

Rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan dövlət qulluqçusu Hamlet Əliyev Ümummilli Lideri ilə bağlı xoş xatirələrini9 yada salaraq deyib: “Artıq 13-cü ildir ki, Heydər Əliyevin anım gününü dərin kədər və hüznlə qeyd edirik. Ulu Öndərin Astaraya hər səfəri yaddaşımda əbədi izlər qoyub. Böyük rəhbərimiz Astaraya gələndə təsərrüfatlara baş çəkər, qayğılarımızla maraqlanar, tövsiyə və tapşırıqlarını verərdi. Biz bu tövsiyə və tapşırıqları canla-başla yerinə yetirərdik. Bu gün Ümummilli Liderimiz cismən aramızda olmasa da, o, hər bir azərbaycanlının qəlbində yaşayır”.

Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək, böyük rəhbərin büstünün önünə gül dəstələri düzüb, burada nümayiş etdirilən tarixi sənədlərə və arxiv materiallarına, Ulu Öndərin ömür yolundan bəhs edən fotolara və video yazılara baxıb, xatirə kitabına ürək sözlərini yazıblar.

Anım günü rayonun yaşayış məntəqələrində Ulu Öndərin xatirəsinə ehsan verilib, ruhuna dualar oxunub.

X X X

Dekabrın 12-si Azərbaycanın hər yerində olduğu kimi, Lənkəranda da Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib.

AZƏRTAC xəbər verir ki, böyük rəhbərimizin Lənkəranın sosial-iqtisadi inkişafı ilə bağlı əvəzsiz xidmətləri olub. O, Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Lənkəra səfər edib, sakinlərlə səmimi və mehribanlıqla görüşərək onları narahat edən problemləri dinləyib və həlli ilə bağlı tapşırıqlarını verib, yeni infrastrukturun yaradılmasını, yaşayış massivlərinin salınmasını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, emal müəssisələrinin tikilməsini birbaşa diqqətində saxlayıb, rayonda mədəni quruculuq sahəsində əməli işlər görüb.

Bu gün hər bir lənkəranlı qürur hissi keçirir ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də rayona xüsusi diqqət və qayğı ilə yanaşır. Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamları lənkəranlılar sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılayırlar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin kollektivi, ağsaqqallar, ziyalılar, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, gənclər, tələbələr, idmançılar, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri həzin musiqi sədaları altında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub, Ulu Öndərin Lənkərana səfərləri ilə bağlı filmə baxıblar.

X X X

Ulu öndər Heydər Əliyevin xatirəsi Cəlilabadda da böyük məhəbbətlə anılıb.

AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri Heydər Əliyev Xatirə Parkında, Göytəpə şəhərindəki Heydər Əliyev adına park-bulvarda, Heydər Əliyev adına Alar kənd 1 nömrəli tam orta məktəbin həyətində Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Rayonda ehsan süfrəsi açılıb, Ulu Öndərin ruhuna dualar oxunulub.

X X X

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar səhər saatlarından başlayaraq Masallı şəhərindəki Heydər Əliyev Parkında minlərlə rayon sakini böyük rəhbərin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin kollektivi, idarə, müəssisə və təşkilatlarda çalışanlar, ağsaqqallar, müharibə veteranları, gənclər, məktəblilər və ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Mərasim iştirakçıları Heydər Əliyev Muzeyində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdiriən eksponatlar və fotoşəkillərlə tanış olub, sənədli filmə baxıblar.


19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.