Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.
Bu barədə REALPRESS.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vuraraq onları geri çəkilməyə məcbur edən Azərbaycan Ordusunun hərbçiləri sırasında şəhid leytenant 23 yaşlı Aqil Məcidov da olub.
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.