Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycan ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir, bu kateqoriyadan olan hərbi qulluqçularla müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir.
Bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Ermənistan baş naziri Nikol Paşinyan ölkənin sabiq baş qərərgah rəisi Onik Qasparyanı yalan danışmaqda günahlandırıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında Qarabağda şiddətli döyüşlərin getdiyi zaman, xüsusilə Təhlükəsizlik Şurasının 19 oktyabr iclası və bundan sonra baş tutmuş Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı aparılan müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb.