Çavuşoğlunun İsveçrəyə səfəri təxirə salınıb

Çavuşoğlunun İsveçrəyə səfəri təxirə salınıb
13 2017 08:56

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun İsveçrəyə planlaşdırılan səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

TREND.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Avropada Türk Demokratların İttifaqı” məlumat yayıb.“XİN rəhbəri Mövlud Çavuşoğlunun İsveçrəyə səfəri yeni göstəriş olanadək təxirə salınıb”, - deyə “Avropada Türk Demokratların İttifaqı” İctimai Birliyin nümayəndəsi bildirib.

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

Türkiyə prezidenti cavab tədbirləri görəcəyini vəd edib.

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.


17 İyun 2025
Dünya

İsrail ordusu İrana yeni zərbələr endirməyə başlayıb

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Tehrana qarşı yeni zərbələr həyata keçirib.

17 İyun 2025
Dünya

İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri AÇIQLADI

İran son eskalasiya mərhələsinin əvvəlindən bəri İsrailə qarşı təxminən 400 raket və yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxıb.

17 İyun 2025
Dünya

İsrail ordusu İrana yeni zərbələr endirməyə başlayıb

İsrail Hərbi Hava Qüvvələri İranın qərbinə yeni hava hücumu dalğasına başlayıb.

17 İyun 2025
Dünya

İranda uçuşlara qoyulan qadağa iyunun 18-nə qədər uzadılıb

İran hakimiyyəti ölkə daxilində və xaricində uçuşlara qoyulan qadağanı iyunun 18-nə qədər uzadıb.

17 İyun 2025
Dünya

Avropada qazın qiymətləri ARTDI

Avropada qazın qiymətləri 1 000 kubmetr üçün təxminən 475 dollara qədər artıb.