Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır.
REALPRESS.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
M.Çavuşoğlu qeyd edib ki, bu gün keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması geniş müzakirə olunub, Rusiya başda olmaqla, digər ölkələrlə bu barədə aparılan müzakirələr də diqqət mərkəzində olub:
“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu da səylərini gücləndirməlidir”.
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.