Camal Əzimbəyli: Xarici ölkələrlə münasibətlər qurmaq Azərbaycanın daxili işidir

Camal Əzimbəyli: Xarici ölkələrlə münasibətlər qurmaq Azərbaycanın daxili işidir
19 Dek 2016 16:22

Xarici dövlətlərlə qurulan və ölkəmizin inkişafı üçün faydalı olan ikitərəfli münasibətlər müstəqil bir ölkə kimi Azərbaycanın daxili işidir. Hər hansı dövlətin buna qarışmağa haqqı yoxdur. Bunu Trend-ə Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

O qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri də ölkəmizin daxili işidir və buna Azərbaycan dövləti qərar verir.

C.Əzimbəyli bildirib ki, Azərbaycanda istər millətlərarası, istərsə də dinlərarası tolerantlıq bütün dünyaya nümumə olacaq səviyyədədir:

“Bundan da təbii ki, bəzi ölkələrdə narahatlıq keçirənlər var və onlar Azərbaycanda baş verən inkişafı görməməyə çalışırlar”.

C.Əzimbəyli vurğulayıb ki, İranın bir sıra rəsmi şəxsləri Azərbaycanın xarici ölkələrlə qurduğu və hər baxımdan Azərbaycan üçün yararlı olan münasibətlərin inkişaf etməsindən birmənalı olaraq narahatlıqlarını büruzə verirlər:

“Bəziləri hesab edirlər ki, guya digər ölkələrlə münasibətlər qurması Azərbaycanda dini dəyərlərə xələr gətirir. Bu tamamilə yalandır. Azərbaycan dünyəvi ölkə olmaqla yanaşı, dini tolerantlıq da ən yüksək səviyyədədir”.

C.Əzimbəyli deyib ki, İran rəsmiləri Azərbaycanın daxili işinə qarışmazdan əvvəl torpaqlarımızı işğal edən, məscidlərimizi təhqir edən Ermənistanla hansı haqla əməkdaşlıq etdikləri barədə düşünsünlər:

“Onlar Azərbaycanda dövlət-din münasibətlərinin korlanmasına yönəlmiş hərəkətlər və çağırışlar edirlər. Bu yolverilməzdir. Bəs Qarabağla bağlı niyə çağırışlar etmirlər?! Xocalıda soyqırım törədən Ermənistanla niyə əməkdaşlıq edirlər?! Amma Azərbaycanın daxili işlərinə qarışırlar. Burada məqsəd nədir?”


18 Yan 2025
Siyasət

Hakan Fidan və Ceyhun Bayramov mətbuata birgə açıqlama verirlər

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Xarici İşlər Nazirliyində mətbuata birgə açıqlamalar verirlər.

18 Yan 2025
Siyasət

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

18 Yan 2025
Siyasət

Hakan Fidan Ceyhun Bayramovla görüşüb

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. 

18 Yan 2025
Siyasət

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.

18 Yan 2025
Siyasət

Cəbrayıl sakini: "Yoldaşımla çıxdığım doğma torpağıma indi nəvələrimlə qayıdıram"

"Ömrümüzün ən gözəl günlərini Cəbrayılda yaşamışıq. İndi artıq nəvələrimlə qayıdıram Vətənə".