Yəqin ki, çoxlarınız wifi mövzusunda problemlərlə üzləşirsiniz. Əsas problemlərdən biri də qonşunuzun sizin wifi şifrənizi sındıraraq, internetdən pulsuz faydalanmasıdır. Son zamanlar dumper və bu tipli proqramlar vasitəsilə belə hallar xeyli artıb və bu şikayətləri bərabərində gətirir. Sizdən xəbərsiz bəlkədə indiki halda qonşunuz sizin internetdən istifadə edir və sizin bundan xəbəriniz yoxdur! Əlavə əsəb, əlavə ödəniş, sürət azlığı heç kimə lazım deyil. Bu məqsədlə bugün sizə bu problemin aradan qaldırılması yolun izah edəcəyik.
Bu addımları ataraq, internetinizi qoruyun: 1-ci addım: http://192.168.1.1/login_security.html linkinə daxil olursunuz. 2-ci addım: açılan pəncərədə username və password xanalarına (hər iki xanaya) "admin" yazırsınız. qeyd: əgər admin username və password-u vasitəsilə daxil ola bilmədinizsə, modeminizi sazlayan şəxslə, yaxud provayderlə əlaqə saxlayıb məlumat əldə edin. (username və password-u öyrənin) 3-cü addım: daha sonra açılan pəncərədə "interface setup" panelinə daxil olun. 4-cü addım: açılan menudan "wireless" bölməsinə daxil oluruq. 5-ci addım: "use wps" seçimində "no" edirik. 6-cı addım: daha sonra aşağıda "Pre-shared key" seçimindən istifadə etməklə wifi-nin parolun dəyişirik. 7-ci addım: və bütün bu məlumatları yadda saxlamaq üçün aşağıda "save" düyməsinə klikleyirik. Beləliklə, sizin interneti sürətinizi zəiflədən insanlardan azad olursunuz.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.