Dekabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında “Gələcəyin ulduzları” adlı konsert proqramı təşkil olunacaq.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində təşkil olunacaq tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri tərəfindən xalq və bəstəkar mahnıları səsləndiriləcək.
Konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunacaq.
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.
Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.