Bu tarixdə doğulan məcburi köçkün uşaqlarına pul verilməyəcək

Bu tarixdə doğulan məcburi köçkün uşaqlarına pul verilməyəcək
06 Dek 2016 15:01

Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.

REALPRESS.Az report-a istinadən xəbər verir ki, bununla bağlı "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"a dəyişikliyin müvafiq hissəsi bu ayın sonundan tətbiq olunacaq.

Dəyişikliklə bağlı sənədi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov imzalayıb.

Sənədə əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.

Bundan başqa, dəyişikliklə Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə, dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə həmin müddət başa çatanadək), məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə aylıq yemək xərci üçün verilən müavinət dayandırılıb.


17 Fev 2021
Kriminal

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü - FOTO

Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

8 Fev 2021
Kriminal

Peskov koronavirus barədə: “Dünya avqustda adi həyat tərzinə qayıda bilər”

“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.

25 Dek 2020
Kriminal

Evi tərk edən COVID-19 xəstələrinə cinayət işi açıldı

Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb. 

25 Avq 2020
Kriminal

Rusiyada qanunsuz ağac kəsən azərbaycanlılara hökm oxundu

Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhəri yaxınlığında qanunsuz ağac kəsən üç Azərbaycan vətəndaşına hökm oxunub.

31 May 2020
Kriminal

DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.