Bu şəxslər tibbi xidmət və dərmanlardan pulsuz yararlana biləcək

Bu şəxslər tibbi xidmət və dərmanlardan pulsuz yararlana biləcək
09 Dek 2016 11:48

“Sığorta haqqı ödəyib-ödəməməsindən asılı olmayaraq, icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi pilot ərazilərdə yaşayan əhali ilkin səhiyyə və təcili tibbi yardım xidmətləri və bu xidmətlər üzrə ehtiyac duyulan dərmanlarla tam pulsuz təmin olunacaqlar. Digər xidmətləri əldə etmək üçün isə sığorta haqqının ödənilməsi vacibdir”.

realpress.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti (NK) yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.

Artıq bu məsələlərin agentlik tərəfindən Nazirlər Kabinetinə təqdim olunmuş baza zərfinə daxil edildiyini deyən V.Qurbanov bildirib ki, baza zərfinə stasionar müalicələr üçün tələb olunan bütün dərman preparatları, eyni zamanda təcili tibbi yardım və ilkin səhiyyə xidməti üçün lazım olan dərman preparatları daxil edilib. 

Lakin sığortalanmayan şəxs yalnız ilkin səhiyyə və təcili tibbi yardım xidməti üzrə dərmanları pulsuz əldə edə biləcək. Baza zərfinə daxil edilən həyati vacib dərman preparatlarından isə yalnız sığortalanmış şəxslər istifadə edə biləcəklər.

V.Qurbanov həyati vacib dərmanların siyahısının NK tərəfindən təsdiq olunacağını, həmin siyahıda ürək xəstəlikləri, bir sıra pediatrik xəstəliklər və s. üçün istifadə olunan dərmanların adlarının qeyd olunacağını söyləyib: “Məsələn, ağır ürək əməliyyatından sonra xəstələrin uzun müddət dərman qəbul etməsinə ehtiyac yaranır.

Nəzərdə tutulub ki, bu kimi hallarda, eyni zamanda bəzi uşaq xəstəliklərinin müalicəsi üçün təyin olunan dərmanlar müəyyən limit həcmində baza zərfinə daxil edilsin və belə şəxslərə ambulator xidmət göstərilsin”.

V.Qurbanovun sözlərinə görə, artıq agentlik tərəfindən icbari tibbi sığorta üzrə vahid qiymət cədvəli müəyyənləşdirilərək Nazirlər Kabinetinə təqdim olunub.

Onun sözlərinə görə, icbari tibbi sığorta üzrə müqavilə bağlayan tibb müəssisələri öz xidmətlərini həmin vahid qiymət cədvəli əsasında göstərəcəklər.

Agentlik rəsmisi əlavə edib ki, baza zərfinə daxil olan və olmayan xidmətlər üzrə də tarif cədvəli hazırlanıb. İcbari tibbi sığorta xidmətindən istifadə etmək üçün sığortalanan hər bir vətəndaş baza zərfinə daxil olmayan xidmətdən də endirimli şəkildə yararlanacaq.


23 Yan 2021
İqtisadiyyat

Azərbaycanda neft hasilatı artacaq

OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair mövcud razılaşmanın başa çatacağı 2022-ci il aprel ayından sonra Azərbaycanda hasilatın həcmi 2019-cu ildəki gündəlik 713 min barel səviyyəsinə qayıdacaq.

23 Yan 2021
İqtisadiyyat

Vətən müharibəsinin iştirakçısı: “Döyüş zamanı yoldaşının canı sənə əmanət olur” - FOTO

Müharibənin bitməyinə bir gün qalmış döyüş yoldaşlarımızdan biri dedi ki, mən hamınızdan tez gedəcəm evə. Həmin gecə ermənilərin diversiya qrupu Zəngilana hücum etdi, iki nəfər şəhid oldu və onlardan biri də həmin yoldaşımız idi.

23 Yan 2021
İqtisadiyyat

Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ

Əmanətlərin Sığortalanması Fondu (ADİF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24 min 265 qorunan əmanətçisinə 619,4 milyon manat kompensasiya ödəyib.

22 Yan 2021
İqtisadiyyat

Mərkəzi Bankdan 500 manatlıq pul nişanı ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

22 Yan 2021
İqtisadiyyat

Qarabağ ilə bağlı yeni sayt istifadəyə verildi - FOTO

Azərbaycan Turizm Bürosu tərəfindən “WhereisKarabakh.com” (“Qarabağ harada yerləşir?”) veb-saytı istifadəyə verilib.