Yaxın illərdə beşinci nəsil şəbəkəsinin istifadəyə verilməsi gözlənilir, indi operatorlar və avadanlıq istehsalçıları, hələ ki, aktiv şəkildə keçid dövrünə (1 Qbit/s-dək sürətə malik mobil internet) hazırlaşırlar. Cari ilin yanvarında Avstraliyanın “Telstra” mobil rabitə operatoru dünyada ilk 1 qiqabitlik “LTE” şəbəkəsinin istifadəyə verilməsini elan edib, Barselonada keçirilmiş “MWC 2017” sərgisində isə Çinin “ZTE” şirkəti məlumatların 1 Qbit/s sürətlə ötürülməsini dəstəkləyən ilk smartfon təqdim edib. “Qualcomm” və ABŞ-ın “Sprint” operatoru ilə əməkdaşlıq çərçivəsində “Lenovo” şirkəti də müvafiq cihazı hazırlayır. Yeni Orleanda keçirilmiş xüsusi tədbirdə sözügedən cihazın imkanları nümayiş etdirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bu smartfonda məlumatların ötürülməsi sürəti orta hesabla 600-800 Mbit/s təşkil edir, amma bu, laboratoriya şəraitində belədir, real şəraitdə göstəricilər bir
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.