Xızı rayonunda aptek və yanacaqdoldurma məntəqəsinin olmaması sakinləri narahat edir. Onlar dərman almaq üçün ya Sumqayıt, ya da Bakı şəhərinə getmək məcburiyyətində qalırlar. Avtomobili olanlar isə yanacaq üçün 60 km yol sürməlidirlər.
REALPRESS.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, rayonun 16 min 495 nəfər əhalisi var. İyirmi beş kənd, bir şəhər və üç qəsəbəsi olan rayonda bir çox zəruri ehtiyacların təmin olması mümkün deyil.
Xızıda aptek yalnız xəstəxanada var. Rayon mərkəzi xəstəxanasının baş həkimi Bektaş Nəbiyev bildirib ki, tibb ocağında yalnız Səhiyyə Nazirliyinin təşkil etdiyi dövlət apteki fəaliyyət göstərir ki, burada olan dərmanlar da xəstəxanaya müraciət edən xəstələr üçündür.
Rayonda sürücülər də əziyyət çəkir. Yanacaqdoldurma məntəqəsi olmadığına görə, onlar avtomobilə yanacaq vurmaq üçün 60 km əlavə yol sürməlidirlər.
İcra hakimiyyətindən bildiriblər ki, iki il əvvələ kimi burada aptek olub. Lakin sahibkar buradan gəlir götürə bilmədiyinə görə apteki bağlayıb. Rayonda aptek və yanacaqdoldurma məntəqəsi açmaq istəyən sahibkarlara icra hakimiyyəti tərəfindən köməklik göstəriləcək.
Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il avqustun 21-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.
Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.
Qusar rayonunun İmanqulukənd kəndində fındıq bağının ərazisində 1 ha sahədə quru ot və 40 ədəd ağac qismən, bələdiyyəyə aid ərazidə 6 ha sahədə biçilmiş taxıl sahəsi, Meşə təsərrüfatı mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.