Bu il sahibkarlıq subyektlərinə 150 milyon manatadək güzəştli kreditin verilməsi planlaşdırılır

Bu il sahibkarlıq subyektlərinə 150 milyon manatadək güzəştli kreditin verilməsi planlaşdırılır
05 2017 15:21

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 2017-ci ildə də iş adamlarının güzəştli kreditlərlə təmin edilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, müvafiq layihələrini təqdim edən iş adamları, əsasən də regionlarda yaşayan fermerlər dövlətin güzəştli kreditləri ilə təmin olunacaq. Bu il minimum 150 milyon manata qədər güzəştli kreditin verilməsi planlaşdırılıb. Ödəniləcək vəsait bu vaxtadək verilən kreditlərdən geri qaytarılan maliyyə mənbələri hesabına təmin ediləcək. Bunun üçün sahibkarlarla daha intensiv iş aparılır.

Qeyd edək ki, ötən il 2500-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74 faizi respublikanın regionlarının, 26 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Verilən kreditlərin 82,3 faizi aqrar sektorun, 17,7 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış "yaşıl market", çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məişət malları, mebel, tara, tikinti materiallarının istehsalı və s. sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Ümumiyyətlə, SKMF-nin fəaliyyəti dövründə ölkə üzrə sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditləri ilə təmin olunmasına 2 milyard manat vəsait xərclənib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.