Bu il dünyada 70-dən çox jurnalist həlak olub

Bu il dünyada 70-dən çox jurnalist həlak olub
19 Dek 2016 13:51

Başa çatmaqda olan 2016-cı ildə dünya üzrə azı 74 jurnalist həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi günü “Sərhədsiz reportyorlar” təşkilatı məlumat yayıb. Təşkilatın məruzəsinə görə, ötən il olduğu kimi, bu il də ən çox jurnalist Suriyada həlak olub – 19 nəfər. Əfqanıstanda 10, Meksikada 9, İraqda 7, Yəməndə isə 5 jurnalist həyatını itirib. Həlak olanlar arasında doqquz bloqer, habelə KİV-lə əməkdaşlıq edən səkkiz şəxs var.

Təşkilatın baş katibi Kristof Delyar bildirib ki, jurnalistlərə qarşı zorakılıq getdikcə daha çox məqsədyönlü xarakter alır. Onların bir çoxu hədəf seçilir və yalnız jurnalist olduqlarına görə öldürülür.

Xatırladaq ki, 2015-ci ildə dünyada 101 jurnalist həlak olmuşdu.


7 Fev 2025
Dünya

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub.

7 Fev 2025
Dünya

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey dənizi sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

7 Fev 2025
Dünya

Türkiyədən Suriyaya müdafiə yardımı: Fəaliyyət planı hazırlanır

Türkiyə Suriya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək üçün fəaliyyət planı hazırlanmasına yardım edəcək.

6 Fev 2025
Dünya

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” qırıcısı planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

6 Fev 2025
Dünya

Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı

Rusiya və Ukrayna arasında "150-150" qaydası əsasında əsir mübadiləsi baş tutub.