Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir
18 2017 16:37

“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya texnologiyaları (İT) məhsul və xidmətlərinin satış həcminin 3,5 trilyon dollaradək artacağını proqnozlaşdırır. Bu, 2016-cı ilin göstəricisindən 2,7 faiz çoxdur. Bundan əvvəl isə analitiklər bazarda 3 faiz artım olacağı ilə bağlı proqnoz vermişdilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkətin hesabatına görə, 2017-ci ildə bir sıra yeni texnologiyaların, o cümlədən “bulud” hesablamaları, “Blockchain”, rəqəmli biznes və süni intellektin birgə inkişafı sayəsində artımın olacağı gözlənilsə də, dünya bazarlarında siyasi sabitliyə əminliyin olmaması alıcıları investisiyaları təxirə salmağa məcbur edir.

Bu il qurğuların (fərdi kompüter, planşet, ultramobil kompüter və mobil telefonlar) satışı 2016-cı ildəki 589 milyard dollarlıq səviyyədə qalacaq. 2018-ci ildə artım fərdi kompüterlərin növbəti yenilənməsi və əlverişli qiymətli ultramobil kompüterlərin funksionallığı artırılmaqla dəstəklənəcək.

Hesabata görə, İT xidmətləri bazarında 4,2 faiz artım proqnozlaşdırılır. Artım üçün stimul kimi rəqəmli biznesə və intellektual avtomatlaşdırmaya, eləcə də servis və innovasiyaların optimallaşdırılmasına investisiyalar çıxış edir, lakin alıcılar iqtisadiyyatda problemlərə görə ehtiyatlı davranırlar.  

Analitiklərin fikrincə, 2017-ci ildə müxtəlif seqmentlərin artım tempi əvvəlki illərdən daha çox fərqlənir. Məsələn, serverlər seqmentində “Microsoft”, “Google”, “Amazon” və s. kimi aparıcı şirkətlər tərəfindən “bulud” məlumat emalı mərkəzlərinin genişləndirilməsi sayəsində 5,6 faiz artım olacağı gözlənilir.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.