Bu il ali məktəblərə qəbulun keçid balları açıqlanıb

Bu il ali məktəblərə qəbulun keçid balları açıqlanıb
28 2017 17:24

Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı tələb olunacaq müsabiqə şərtləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-ya açıqlamasında bildirib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan  fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.

DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişiklər var: “Belə ki, I qrupun “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları mühəndisliyi”, “Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-da az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), “Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər”.


17 İyun 2025
Cəmiyyət

Dini Komitə yanında İctimai Şuranın üzvləri Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar.

17 İyun 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 7 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 495 min 500 sərnişin daşınıb.

17 İyun 2025
Cəmiyyət

Bu ilin beş ayında azad edilmiş ərazilərdə 27 min 204 hektar sahə minalardan təmizlənib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində baş tutub.

17 İyun 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaş qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.