Bu gün də banklarda dolların ucuzlaşması müşahidə olunur.
REAPRESS.Az “Marja”ya istinadən xəbər verir ki, dünən 1 dolları 1,96 manata satan “Amrahbank” bu gün məzənnəni 1,9450 manata salıb.
Dünən ilə müqayisədə 1 dolların satış qiymətini “Bank of Baku” 1,97 manatdan 1,95 manata, “Bank BTB” 1,97 manatdan 1,9550 manata, “Caspian Development Bank” (CDB) 1,9930 manatdan 1,97 manata, “Yapı Kredi Bank” Azərbaycan 1,9640 manatdan 1,9550 manata, “AGBank” 1,97 manatdan 1,9650 manata, “Muğanbank” 1,9750 manatdan 1,9550 manata endirib.
Bəzi banklarda isə dolların satış qiyməti 1,99 manatı keçib.
Qeyd edək ki, dünən hərracda ABŞ dolları manata qarşı cüzi bahalaşsa da, banklar dolları ucuzlaşdırmışdılar.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.