Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkatma mərasimi keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkatma mərasimi keçiriləcək
12 Dek 2016 11:13

Bu gün İsveçrənin Nyon şəhərində Avropanın nüfuzlu klub turniri olan Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

REALPRESS.Az Report-a istinadla xəəbər verir ki, püşk turnirin “play-off” mərhələsinin 16 iştirakçısını bir-birinə rəqib edəcək.

1/8 final iştirakçıları qrup mərhələsinin nəticələrinə görə, iki səbətə bölünüblər. Səkkiz qrupun qalibi (“səpələnmiş komandalar”) ikinci yeri tutan komandalarla qarşılaşacaq. Lakin eyni qrupda yer alan və ya eyni ölkəni təmsil edən komandalar bir-biri ilə düşə bilməyəcək.

Səkkiz “səpələnmiş” komanda siyahısına İngiltərənin “Arsenal” və “Lester”, İtaliyanın “Napoli” və “Yuventus”, İspaniyanın “Barselona” və “Atletiko”, Fransanı təmsil edən “Monako”, Almaniyanın “Borussiya Dortmund” klubu daxildir. Onlar PSJ (Fransa), “Benfika” və “Portu” (Hər ikisi Portuqaliya), “Mançester Siti” (İngiltərə), “Bavariya” və “Bayer” (Hər ikisi Almaniya), həmçinin “Real” və “Sevilya” (Hər ikisi İspaniya) ilə qarşılaşa bilərlər.

UEFA-nın mənzil qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq. Ardınca 16:00-da Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

1/8 final mərhələsinin ilk oyunları 2017-ci ilin 14-15 və 21-22 fevral tarixlərində öz qrupunda ikinci yeri tutmuş komandaların meydanlarında keçiriləcək. Cavab oyunları 7-8 və 14-15 mart tarixlərində baş tutacaq.


29 Mar 2023
İdman

Azərbaycan klubu moldovalı futbolçu ilə müqavilə imzaladı

“Turan Tovuz” futbolçusu Denis Marandiçi ilə yeni müqavilə imzalayıb.

29 Mar 2023
İdman

Azərbaycan gimnastları Dünya Kuboku üçün Bolqarıstana getdilər

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Dünya Kubokunda iştirak üçün Bolqarıstanın paytaxtı Sofiyaya yola düşüblər.

28 Mar 2023
İdman

AVRO-2024: Türkiyə Xorvatiya ilə qarşılaşacaq

Bu gün AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulacaq.

27 Mar 2023
İdman

Azərbaycanın cüdo millisi Masters turnirini birinci pillədə başa vurub

Azərbaycanın gənc cüdoçuları Almaniyanın Bremen şəhərində keçirilmiş Beynəlxalq Masters turnirində 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

27 Mar 2023
İdman

İkardi Azərbaycana təşəkkür etdi - FOTO

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi Bakıda “Qarabağ”a qarşı keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkürünü bildirib.