“Aprelin dördü axşam Dağlıq Qarabağda müharibə başlaya bilər”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, Serj Sarkisyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı hücum hazırlığı ilə bağlı əmr verib.
“Sarkisyan Qarabağda Azərbaycanı hədələyən fikirlər səsləndirdi. Əslində o, bu fikirləri seçkiqabağı təbliğat formasında səsləndirməklə, səfərin əsil məqsədini gizlətdi. Aprelin 3-dən 5-dək Azərbaycan Ordusu döyüşə hazır olmalıdır”, - deyə o bildirib.
Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu beş ay sonra hospitalda vəfat edib.
Vətən müharibəsinin daha bir qazisi Nərimanlı Sarxan Füzuli oğlu əməliyyat olunacaq.
Ağdam rayonunun Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib.