Bronxial astmalı uşaqlar gələcəkdə piylənmə riski daşıyırlar

Bronxial astmalı uşaqlar gələcəkdə piylənmə riski daşıyırlar
24 2017 09:20

Dünya Səhiyyə təşkilatının hesablamalarına görə, xroniki bronxial astmadan dünyada 235 milyon insan, o cümlədən uşaqlar əziyyət çəkir. Mütəxəssislər bu xəstəlikdən əziyyət çəkən uşaqlarda patoloji hal olaraq piylənmənin müşahidə olunduğunu bildirirlər. Piylənmənin astma riskini 52 faiz artırmasına baxmayaraq, bu, xəstəliklərin əlaqəsi hələ də tam öyrənilməyib.

AZƏRTAC Naked Science saytına istinadla xəbər verir ki, yaş artdıqca piylənmə riskinin artıb-azaldığını öyrənmək məqsədilə Cənubi Kaliforniya Universitetinin mütəxəssisləri beş-yeddi yaşlı, 13,5 faizi astma xəstəsi olan 2171 uşaq arasında tədqiqatlar aparıblar. Araşdırmaların əvvəlində azyaşlıların heç birində artıq çəki qeydə alınmasa da, on yaşına çatanda artıq onların 15,9 faizində piylənmə müşahidə olunmağa başlayıb. Statistik təhlillərə görə bu xəstəlikdən əziyyət çəkən məktəblilərin piylənmə riski digərlərinə nisbətən 51 faiz daha yüksəkdir. Müqayisə üçün 9,7–17,8 yaşlı 2684 məktəbli arasında aparılan tədqiqatların nəticələrində də bu öz təsdiqini tapıb.

Qeyd etmək lazımdır ki, mütəxəssislər fiziki aktivlik, sosial-iqtisadi vəziyyət kimi bir sıra göstəricilərin bununla heç bir əlaqəsinin olmadığını bildiriblər. Bundan əlavə simptomatik terapiyadan istifadə edən uşaqlarda piylənmə riskinin digərlərinə nisbətən daha az olduğu da vurğulanıb.

Nəticə olaraq alimlər uşaq yaşda astmanın uzunmüddətli piylənmə riski daşıyıcısı ola biləcəyi qənaətindədirlər.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.