Böyük dövlət xadimi Əziz Əliyevin 120 illiyi qeyd edilib

Böyük dövlət xadimi Əziz Əliyevin 120 illiyi qeyd edilib
25 2017 13:35

Azərbaycan tarixində silinməz iş qoymuş böyük şəxsiyyətlərdən biri görkəmli dövlət xadimi, alim, səhiyyə sahəsində bacarıqlı təşkilatçı Əziz Məmmədkərim oğlu Əliyevdir. Müasirləri onu “Cəmiyyətin təbibi” adlandırırdılar. Respublikanın Əməkdar Həkimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin mənalı ömür yolu hər bir azərbaycanlı üçün örnək və zəngin həyat məktəbidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) böyük dövlət xadiminin və alimin 120 illik yubileyinə həsr olunmuş tədbirdə səslənib.

ETTOİ-nin direktoru, tibb elmləri doktoru, professor Vaqif Verdiyev giriş nitqində xatırladıb ki, bu yaxınlarda özünün 70 illiyini qeyd etmiş institut hərbi hospitalın bazasında yaradılıb. 1946-cı ildə SSRİ-nin bəzi şəhərlərində ortopediya və bərpa cərrahlığı institutlarının yaradılması Böyük Vətən müharibəsi (BVM) əlillərinə ixtisaslaşmış travmatoloji və ortopedik yardım göstərilməsi məqsədi daşıyırdı. 1951-1959-cu illərdə (kiçik fasilələrlə) ETTOİ-nin direktoru böyük siyasi xadim, professor Əziz Əliyev olub. Təkcə Bakıda deyil, regionlarda da müharibə əlillərinin yardıma ehtiyacı olduğu vaxtlarda Ə.Əliyev onların müalicəsi və reabilitasiyası məsələlərinə dair səyyar elmi konfranslar təşkil edirdi. İnstitutda odlu silah yaralanmalarının və onların fəsadlarının cərrahi müalicəsi məsələlərinə dair elmi-tədqiqat işi aparılırdı. 1952-ci il iyunun 17-19-da Bakıda Zaqafqaziya və Şimali Qafqaz respublikalarının travmatoloq və ortopedlərinin elmi-praktik konfransının təşkilində Ə.Əliyevin xidməti böyükdür.

Qeyd edilib ki, Ə.Əliyev Azərbaycanda ortopediya və travmatologiyanın inkişafına sanballı töhfə verib. O illərdə institutda yeni şöbələr və laboratoriyalar açılır, müasir müalicə üsulları tətbiq edilir, istedadlı mütəxəssislər cəlb olunurdu. ETTOİ-də 300 çarpayı yeri olan bərpa cərrahlığı, travmatologiya, ortopedik və üz-çənə cərrahiyyəsi şöbələri açılıb, klinik-diaqnostik, biokimyəvi, bakterioloji və histoloji laboratoriyalar, rentgen, qanköçürmə, müalicəvi bədən tərbiyəsi və fizioterapiya kabinetləri yaradılıb. 1952-ci ildə tam təchiz edilmiş fizioloji laboratoriya təşkil edilib.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, kadrların hazırlanması professor Ə.Əliyev üçün prioritet məsələ olub. Onun instituta rəhbərlik etdiyi dövrdə onlarca elmi əməkdaş namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, özü də onların arasında milli kadrlar üstünlük təşkil edib. Şərqdə və Azərbaycanda ilk travmatoloq qadın N.Seyidovaya məhz həmin illərdə tibb elmləri doktoru elmi dərəcəsi verilib. Əziz Əliyev qısa müddətdə 33 elmi əsər yazıb. İnstitutun qarşısına qoyulan vəzifə kollektivinin səyləri sayəsində 1956-cı ilə qədər həllini tapıb və respublikada əlillərin təqribən 70 faizinin əmək qabiliyyəti bərpa edilib. O illərdə Travmatologiya və Ortopediya İnstitutunun həkimlərinin və orta tibb heyətinin ixtisasının artırılması məsələlərinə xüsusi diqqət yetirilirdi. Məsələn, 1946-1955-ci illərdə 871 tibb işçisi, o cümlədən 401 həkim və 470 orta tibb işçisi ixtisasartırma kursu keçib.

Tədbirdə Əziz Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə fotoslayd nümayiş etdirilib.




24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.