Böyük Britaniyada terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb  (YENİLƏNİB-5)

Böyük Britaniyada terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb (YENİLƏNİB-5)
23 2017 09:38

Böyük Britaniyanın parlament binası yaxınlığında baş verən terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb. Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

X X X

22:19

Böyük Britaniyanın parlament binası yaxınlığında baş verən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərdən biri polisdir.

Bildirilir ki, hücum edən şəxs tək olub.

X X X

20:50

Londonda parlamentin önündə baş vermiş iki terror aktı nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Bu barədə Trend "AP" agentliyinə istinadən xəbər verir.

X X X

20:28

Londonda parlamentin önündə baş vermiş atışma nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə London mərkəzi xəstəxanasının həkimi bildirib.

Onun sözlərinə görə, digər yaralıların vəziyyəti ağırdır.

X X X

19:43

Londonda atışma baş verən körpüdə naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Hücumun terror aktı olduğu istisna edilmir.

X X X

19:06

Böyük Britaniya parlamentinin önündə atışma olub.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər yaralanıb.

Faktla bağlı araşdırılma aparılır.


17 İyul 2025
Dünya

Tramp Pakistana səfər edəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.

17 İyul 2025
Dünya

İraqda Türkiyə sərhədi yaxınlığındakı neft yataqlarına yenidən zərbə endirilib

İraqın şimalında “Tauke” neft yatağına növbəti dəfə pilotsuz təyyarə (PUA) hücumu həyata keçirilib.

17 İyul 2025
Dünya

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar.

17 İyul 2025
Dünya

Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib

Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib.

17 İyul 2025
Dünya

İraqdakı yanğında ölənlərin sayı 63-ə çatıb - YENİLƏNİB

İraqın şərqindəki Kut şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 63-ə çatıb.