Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri: Qlobal Bakı Forumu müasir dövrün aktual problemlərinin həllini təklif edir (ÖZƏL)

Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri: Qlobal Bakı Forumu müasir dövrün aktual problemlərinin həllini təklif edir (ÖZƏL)
13 2017 10:36

Bosniya və Herseqovina Azərbaycanı dost ölkə hesab edir və iki ölkə arasında çox yaxşı siyasi münasibətlər yaranıb.

Bunu Trend-ə müsahibəsində Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Mladen İvaniç V Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycan paytaxtına səfəri ərəfəsində deyib.

O, Azərbaycanın hər zaman Bosniya və Herseqovinaya kömək etdiyini və Sarayevoda tikintisi Azərbaycan tərəfindən maliyyələşdirilmiş parka və digər layihələrə görə dərin minnətdarlığını bildirib:

“Hazırda Kotor Varoş şəhərində Təcili Tibbi Yardım Mərkəzinin yeni binası tikilir (Heydər Əliyev Fondunun dəstəyi ilə - red.) ki, bu da Bosniya və Herseqovinada sırf vətəndaşlarımız üçün olan azsaylı layihələrdən biridir”.

Rəyasət Heyətinin Sədri həmçinin qeyd edib ki, Azərbaycan Bosniya və Herseqovinada iki mühüm iqtisadi layihəyə investisiya yatırıb: “Srebrenitsada yüzə yaxın insan çalışır, Doboyda isə meyvə-tərəvəz emalı zavodunda bir neçə yüz insanın çalışacağı gözlənilir”.

M.İvaniç bildirib ki, hazırda Azərbaycandan olan nümayəndələrlə Avropanın Bosniya və Herseqovinadan keçən "VC Dəhlizi" avtomobil magistralının tikintisi ilə bağlı danışıqlar aparılır.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti

M.İvaniç deyib ki, enerji tədarükü bütün Avropa ölkələri üçün əsas məqsədlərdəndir və bu kontekstdə “Cənub Qaz Dəhlizi” böyük əhəmiyyət kəsb edir:

“Bosniya və Herseqovinanın Xarici Ticarət və İqtisadi Əlaqələr Nazirliyi aydın şəkildə bəyan edib ki, ölkə alternativ qaz təchizatı sistemində maraqlıdır”.

Sədr bildirib ki, bütün Qərbi Balkan ölkələri bu məsələdə dəqiq mövqe nümayiş etdirməlidir.

Bosniya və Herseqovinanın Böyük İpək Yoluna qoşulması perspektivləri

M.İvaniç deyib ki, Böyük İpək Yolu layihəsinə gəldikdə, Bosniya və Herseqovina Sarayevo-Belqrad dəmir yolunun modernləşdirilməsində maraqlıdır.

Azərbaycanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri

M.İvaniçin sözlərinə görə, Bosniya və Herseqovina ilə Azərbaycan arasında yaxşı ikitərəfli münasibətlər daha yaxşı iqtisadi və işgüzar əməkdaşlıq üçün yol açıb:

"Azərbaycanla xüsusilə maşınqayırma, elektrotexnika sənayesi, energetika, tikinti və əczaçılıq sənayesi sahələrində ticari əməkdaşlıq üçün potensial mövcuddur".

Sədr bildirib ki, Azərbaycanı səfiri 2017-ci ildə ikitərəfli biznes-forumun təşkil olunması mümkünlüyünü öyrənmək üçün Bosniya və Herseqovinaya səfər etməlidir.

Onun sözlərinə görə, “VC Dəhlizi”nin tikintisi üzrə əməkdaşlıq və hava nəqliyyatının işə salınması üçün imkanların axtarışı barədə fikirlər də səsləndirilib.

Bosniya və Herseqovinanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi

Sədr qeyd edib ki, Bosniya və Herseqovina Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş çoxtərəfli fəaliyyəti, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyətini və ərazi bütövlüyü və suverenliklə bağlı məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir.

O xatırladıb ki, 2013-cü ilin yanvarında Bosniya və Herseqovina Parlament Assambleyasının Nümayəndələr Palatası, 2013-cü ilin fevralında isə Xalqlar Palatası (Yuxarı palata) Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ehtiram və dəstək barədə qətnamə qəbul etmişdi və bu qətnamə Azərbaycanda müsbət qarşılanmışdı.

Qlobal Bakı Forumu

M.İvaniç deyib ki, Qlobal Bakı Forumu bu tip forumlar arasında ən vaciblərdən biridir.

Onun sözlərinə görə, bu forum görkəmli siyasətçiləri, indiki və keçmiş prezidentləri, baş nazirləri, nazirləri və bütün dünyadan ziyalıları birləşdirir:

"Forumun əsas mövzuları həqiqətən də qlobaldır və müasir dünya üçün aktualdır. Müzakirələr zamanı irəli sürülən təkliflər və qərarlar müasir dünyanın gələcəkdə qarşılaşacağı çağırışlara cavab verməyə imkan yaradacaq".

Rəyasət Heyətinin Sədri qeyd edib ki, o, həmişə Qlobal Bakı Forumunun işində iştirak etməyə çalışıb.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

26 Apr 2024
Siyasət

İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.

26 Apr 2024
Siyasət

Azərbaycan və Qazaxıstan birgə hərbi təlimlər keçirəcəklər - FOTO/VİDEO

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.