Boris Conson: Böyük Britaniya Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Boris Conson: Böyük Britaniya Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir
14 2017 09:43

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Azərbaycan XİN-dən AZƏRTAC-a bildirilib ki, nazir Elmar Məmmədyarov Böyük Britaniyadan olan həmkarına ünvanladığı məktubunda ölkələrimizin ötən illər ərzində xalqlarımız üçün qarşılıqlı fayda verən möhkəm və konstruktiv dialoq qurmağa nail olduğunu qeyd edib. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında ölkələrimizin yaxın əməkdaşlığının davam etdiyini bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Böyük Britaniyanın iqtisadi sahədə əlaqələri, xüsusilə BP şirkətinin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi regional enerji layihələrində iştirakının ikitərəfli əməkdaşlığın əsas sütununu təşkil etdiyini bildirib. E.Məmmədyarov, həmçinin ikitərəfli siyasi dialoq və hökumətlərarası birgə iqtisadi komissiya daxil olmaqla, yeni dialoq formatlarının Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

Böyük Britaniya xarici işlər naziri Boris Conson azərbaycanlı həmkarı Elmar Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin ötən 25 il ərzində Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. 2017-ci ilin ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq baxımından önəmli il olduğunu vurğulayan B.Conson Azərbaycan ilə Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığından məmnun olduğunu qeyd edib.

O, həmçinin ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə davam etdiyini vurğulayıb.

Britaniyalı nazir iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşdirilməsi və əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.


24 Mar 2023
Siyasət

Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”

“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar.

24 Mar 2023
Siyasət

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.

24 Mar 2023
Siyasət

Misir prezidenti İlham Əliyevə zəng vurub

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

24 Mar 2023
Siyasət

Nyu-Yorkda Novruz bayramı qeyd edilib - FOTO

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.