Bişkekdə Turkish Airlines şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi bildirib.
X X X
08:08
Qırğızıstanın paytaxtı Bişkekdə Honkonqdan uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində "Manas" hava limanın yaxınlığında olan 15 yaşayış binasına zərər dəyib.
X X X
07:24
Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarəsinin qəzayə uğraması nəticəsində ən azı 16 nəfər dünyasını deyişib. Bu barədə Trend Milliyet qəzetinə istinadən xəbər verir.
X X X
07:12
Bişkek yaxınlığında qəzaya uğrayan təyyarə Turkish Airlines şirkətinə məxsus idi. Bu barədə Trend Sputnik Qırğızıstan agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, təyyarə saat 7:25 eniş etməli idi.
X X X
06:32
Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarə qəzaya uğrayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Bildirilir ki, Honkonqdan uçan təyyarə eniş edərkən qəzaya uğrayıb.
Qəza pis hava şəraiti səbəbindən baş verib.
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 4 gündür davam edən meşə yanğını nəzarətə alınıb.
“Biz qəti surətdə öz seçimimizlə bağlı qərar verdik: Ukrayna gələcəkdə Avropa İttifaqının (Aİ) və Avropa cəmiyyətinin tamhüquqlu üzvü olacaq”.
“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”.