Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycana layiqincə xidmət etməyə çalışacağam

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycana layiqincə xidmət etməyə çalışacağam
21 2017 15:42

Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 21-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib.

Ona göstərdiyi yüksək etimada görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirən Birinci vitse-prezident deyib: “Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam”.

Mehriban Əliyeva vurğulayıb ki, gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. “Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam”, - deyə Birinci vitse-prezident əlavə edib.


9 İyun 2023
Siyasət

Rəşid Behbudovun anım günüdür - FOTO/VİDEO

Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun anım günüdür.

9 İyun 2023
Siyasət

Azərbaycan bu gün Ukraynaya növbəti humanitar yardım göndərir

Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir.

9 İyun 2023
Siyasət

Nazir: “Qeyri-neft və qaz ixracı iki dəfəyədək yüksəlib” - FOTO

“2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft və qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 milyard dollardan 3,05 milyard dollara çatıb”.

9 İyun 2023
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə: Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.

9 İyun 2023
Siyasət

İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib.