Birinci sinfə qəbul üzrə 35 minə yaxın müraciət olub

Birinci sinfə qəbul üzrə 35 minə yaxın müraciət olub
06 2017 08:57

Aprelin 5-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 35 000-ə yaxın sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, onlardan 31 825-i ümumi təhsil məktəblərini, 3 058-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində I sinfə qəbulla bağlı suallara cavab verilib.


23 Fev 2024
Cəmiyyət

Mikayıl Cabbarov Maliyyə Monitorinqi Xidmətini 15 illiyi münasibətilə təbrik edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi münasibətilə təbrik edib.

23 Fev 2024
Cəmiyyət

Ağdam rayonu ərazisində partlamamış döyüş sursatları aşkar edilib (VİDEO)

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.

23 Fev 2024
Cəmiyyət

MİDA: Cəbrayılda yaşayış kompleksinin inşası bu il yekunlaşacaq

Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin inşası 2024-cü il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

23 Fev 2024
Cəmiyyət

III Bakı Elm Olimpiadası keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadası keçiriləcək.

23 Fev 2024
Cəmiyyət

Azərbaycanda əhalisinin sayı üç mindən az olan kəndlərin bələdiyyələri birləşdirilir - YENİ LAYİHƏ

Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub.