Astara rayonunun qədim yaşayış məntəqələrindən biri olan Kakalos kəndinin tarixi IX-X əslərə aid edilir. Bunu ərazidə aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri də təsdiq edir.
AZƏRTAC xəbər verir ki, Astara Tarix-Diyarşünaslıq Muzeyinin Kakalos kəndindəki filialı ömrünü rayonda mədəniyyət və incəsənətin inkişafına həsr etmiş Fərbiyyə Şabanovanın topladığı 2 minə yaxın tarixi eksponatın bazasında yaradılıb. Hazırda burada 3 minə yaxın eksponat nümayiş etdirilir.
Filialın ekspozisiya bölməsi Kakalos kəndinin tarixinə, əhalinin məşğulluğuna, həyat tərzinə və məişətinə həsr olunub. Burada nümayiş olunan müxtəlif əl işləri, o cümlədən həsir, zənbil, kosara, sərinkeş, günlük və süfrələr, müxtəlif bəzək əşyaları öz orijinallığı ilə seçilir. Ağacdan, dəmirdən və keramikadan hazırlanmış müxtəlif növ məişət və ev əşyaları isə kəndin qədim tarixindən xəbər verir. Eyni zamanda, 1964-cü ildən F.Şabanovanın rəhbərliyi ilə fəaliyyət göstərən “Əvəsor” folklor kollektivinin respublika və beynəlxalq festivallarda, müsabiqələrdə qazandığı uğurları əks etdirən eksponatlar nümayiş olunur.
Burada, həmçinin “Kənd məktəbinin tarixi”, “Heydər Əliyev kəndimizdə” bölmələri, eləcə də kəndin tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinə, ötən əsrin 30-cu illərində kənddən sürgün edilmiş ailələrə həsr olunmuş bölmələr xüsusi maraq doğurur. XIX əsrin əvvəllərində Fransadan gətirilmiş qramofon, lampalar, qədim əlyazmalar və pullar ziyarətə gələnlərin böyük marağına səbəb olur.
Muzeyin giriş hissəsində nümayiş etdirilən Azərbaycan bayrağının rəngli lentlərlə bəzədilmiş təsviri diqqəti çəkir. F.Şabanovanın müəllifi olduğu bu əl işində üç rəngdə 700 gül təsviri verilib.
Muzeyin əməkdaşları kəndin tarixini öyrənmək üçün axtarışlarını bu gün də davam etdirirlər.
"İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir".
"Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır".
Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55,0 hektar (ha), Ağdam rayonu ərazisində 11,0 ha, Cəbrayıl rayonu ərazisində isə 38,0 ha yeni yaşıllıq sahəsi salınıb.
Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.