Binəqədi Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində müşavirə keçirilib
27 2017 09:40

Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli Fərmanının icrası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar görüləcək işlərdən danışıb.

“Azərişıq” ASC-nin İnkişaf və İnvestisiya Departamentinin direktoru Toğrul Rəhimov isə təmsil etdiyi qurumun Fərmanın icrası ilə əlaqədar gördüyü hazırlıq işləri barədə məlumat verib. O, rayon icra hakimiyyətinin, eləcə də müvafiq strukturların köməyinə ehtiyac olduğunu vurğulayıb, məsələnin həllinə operativ yanaşdığına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Müzakirələrdə iştirak edən rayon polis idarəsinin rəisi Namiq İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun müdiri Abuş Məmmədov öz təklif və fikirlərini bildiriblər.

Sonda X.İsgəndərov Fərmanın icrası ilə əlaqədar sakinlər arasında izahat və maarifləndirmə işləri aparmaq və görüləcək işlərin operativliyini təmin etmək məqsədilə xüsusi işçi qrupunun yaradılması barədə, habelə müzakirə olunan digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.


19 May 2026
Cəmiyyət

Birinci sinfə qəbulu prosesi tamamlandı

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

19 May 2026
Cəmiyyət

Bakıda KANAT YOLU da çəkiləcək

"Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur".

19 May 2026
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10268165 nəfərə çatıb.

19 May 2026
Cəmiyyət

Gələn həftə 5 gün EVDƏYİK

Azərbaycanda gələn həftə uzunmüddətli istirahət günləri olacaq.

19 May 2026
Cəmiyyət

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.