Türkiyənin Baş naziri Binəli Yıldırımın bu gün İraqa planlaşdırılan səfəri təxirə salınıb.
Trend-in məlumatına görə, Baş nazirin səfəri iki gün sonra baş tutacaq. B.Yıldırım Bağdadda yanvarın 7-də olacaq.
Səfər çərçivəsində Türkiyənin Baş naziri iraqlı həmkarı Heydər əl-Abadi, həmçinin İraqın kürd administrasiyasının Baş naziri Neçirvan Bərzani ilə görüşəcək.
Görüşlərdə Mosul əməliyyatının da müzakirə ediləcəyi gözlənilir.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.